SOSİUM

13 Dekabr

Sahibkarlar üçün seminar: Təlimçi iqtisadiyyat üzrə PHD Aqil Vəliyev

“Risk Menecment Peşəkarları” İctimai Birliyi həm sahibkarlar, həm də sahibkarlığa maraq gösətərən şəxslər üçün ödənişsiz seminar keçirəcək.

Fins.az xəbər verir ki, dekabrın 16-da saat 11:00-dan 13:00-dək keçiriləcək seminar iqtisadiyyat üzrə PHD, Avropanın aparıcı Universitetlərində müqavilə üzrə müəllimi Aqil Vəliyevin təqdimatında baş tutacaq.

Seminarda “Data Analitikası”, “E-sahibkarlıq”, “Tədqiqat Metodları”, “Dizayn Düşüncəsi” və “Oyunlaşdırma” mövzularında danışılacaq.

Daha ətraflı məlumat aşağıda qeyd olunub:

Təlimə oflayn şəkildə qatılmaq üçün qeydiyyatdan keçmək mütləqdir. Qeydiyyat üçün: //forms.gle/ETxtWL95UBpuBvkA6

Seminarda iştirak edə bilməyənlərin nəzərinə! Bu seminara onlayn şəkildə vebinar qoşulma linkinə daxil olaraq qoşula bilərsiniz. Vebinara qoşulma linki: //bit.ly/41pMNVL

Vebinar Sertifikatlıdır!

Məkan: TCS (Baş ofis – Qurban Xəlilov 8, Blok A 1601/ 16-cı mərtəbə)

Tarix: 16 Dekabr 2023
Saat: 11:00-13:00

Əlaqə üçün: 012 480 40 33 | +994 51 255 08 00

Fuad Mədətov
Fins.az