SOSİUM

09 Dekabr

İnsan hüceyrələrindən hazırlanan kiçik canlı robotlar

İnsan hüceyrələrindən hazırlanan kiçik canlı robotlar alimləri təəccübləndirib. Araşdırmanın müəlliflərindən biri də universitetin doktorantı Gizem Gümüşkayadır.

Fins.az xəbər verir ki, ABŞ alimləri insan hüceyrələrindən laboratoriya şəraitində hərəkət edə bilən kiçik canlı robotlar istehsal ediblər. 

Mütəxəssislərin fikrincə, bu robotlar bir gün yaraların və zədələnmiş toxumaların sağalmasına kömək edə bilər.

Canlı robotlar ABŞ-ın Tafts Universitetinin Wyss İnstitutu və Harvard Universitetinin bir qrupu tərəfindən hazırlanıb. 

Elm adamları hazırladıqları canlı robota "antrobot" adını veriblər.

Tədqiqat əvvəllər Afrika caynaqlı qurbağası (Xenopus) embrionlarından əldə edilən kök hüceyrələrdən ilk canlı robotları (ksenobotlar) yaratmış eyni alimlərin işinə əsaslanır.

Son illərdə elm adamları qurbağanın dəri hüceyrələrindən özlərini sağaldan və gücləndirə bilən kiçik canlı robotlar istehsal ediblər. 

Elm adamları bu orqanizmlərə Xenobot adını verdilər, çünki bu ad hüceyrələrin aid olduğu Xenopus laevis qurbağa növündən gəlir.

Aralarında türk tədqiqatçı Gizem Gümüşkayanın da olduğu qrupun canlı robotlar üzərində apardığı araşdırma  Advanced Science jurnalında dərc olunub .

Günel Məlikzadə
Fins.az