SOSİUM

25 Noyabr

Samanyolu Qalaktikası ilə bağlı əvvəllər məlum olmayan təfərrüatlar ortaya çıxıb

NASA-nın Ceyms Uebb Kosmik Teleskopu Samanyolu qalaktikasının ürəyinə nəzər salaraq, xaotik bölgədə astronomlara ilk kainat haqqında daha çox təfərrüatları açmağa kömək edə biləcək yeni xüsusiyyətlər və sirləri üzə çıxarıb.

Fins.az xarici KİV-ə istinadən xəbər verir ki, teleskopun kainatı insan gözünə görünməyən infraqırmızı işıqda təsvir etmək qabiliyyəti NASA-nın yeni yayımladığı görüntüdə heç vaxt görülməmiş detalları ələ keçirdi.

Astronomlar, qalaktikanın mərkəzi superkütləli qara dəliyi olan Oxatan A-dan təxminən 300 işıq ili uzaqlıqda yerləşən aktiv ulduz əmələ gətirən bölgə olan Oxatan C-nin şəklini çəkmək üçün James Webb teleskopundan istifadə ediblər.

Bir işıq ili 9,46 trilyon kilometrə bərabər ölçü vahidi kimi istifadə olunur.

Günel Məlikzadə
Fins.az