SOSİUM

18 Noyabr

Türkiyədə ödənişli işçilərin sayı 3 faiz artıb

Türkiyə Statistika Təşkilatı (TÜİK) Sentyabr ayı Ödənişli İşçi Statistikasını paylaşıb.

Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, sənaye, tikinti və ticarət-xidmət sektorlarında ödənişli işçilərin ümumi sayı 2023-cü ilin sentyabr ayında əvvəlki ilin eyni ayına nisbətən  3% artdı. Əvvəlki ilin eyni ayında ödənişli işçilərin sayı 14 milyon 926 min 919 nəfər olduğu halda, 2023-cü ilin sentyabr ayında 15 milyon 374 min 379 nəfər oldu.

Maaşlı işçilərin alt təfərrüatlarına baxarkən; 2023-cü ilin sentyabr ayında muzdlu işçilərin sayı sənaye sektorunda illik 0,3 faiz azalıb, tikinti sektorunda 12,8 faiz, ticarət-xidmət sektorunda isə 3,2 faiz artıb.

Günel Məlikzadə
Fins.az