SOSİUM

15 Noyabr

Təcrübə layihəsi çərçivəsində növbəti görüş

"VT Company" MMC-nin rəhbəri Vüqar Bağırov və Fins.az xəbər portalının baş redaktoru Fuad Mədətov Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin qonağı olublar.

Fins.az xəbər verir ki, Jurnalistika fakültəsinin dekanı, beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının dosenti, filologiya elmləri doktoru Vüqar Əliyevin tədris etdiyi "İctimaiyyətlə əlaqələr və marketinq" fənni üzrə IV kurs tələbələri ilə görüşən Vüqar Bağırov yaradıcısı olduğu şirkətin və xəbər portalının fəaliyyətindən danışıb. O, müasir dövrümüzdə ictimaiyyətlə əlaqələr, reklam və marketinq sahəsinin perspektivləridən və bu sahənin biznes mühitinə təsiri ilə bağlı amilləri açıqlayıb.

Fuad Mədətov isə milli mətbuatın dövrümüzlə ayaqlaşmasından, sosial medianın inkişaf perspektivlərindən, sosial mediada jurnalistlər üçün davranış etiketi və sosial şəbəkələrin kommersiyalaşması yollarından da bəhs edib.

Qonaqlar həmçinin sosial şəbəkələrin auditoriyası, mənfi və müsbət tərəfləri barədə də fikirlərini bölüşüblər.

Sonda tələbələri çoxsaylı suallarını cavablandırıb.

Qeyd edək ki, “VT Company” şirkəti tələbələr üçün xüsusi təcrübə proqramına başlayıb. Belə ki, təcrübə proqramının məqsədi tələbələrin media sektoru üzrə bilik və bacarıqlarının artırılmasını nəzərdə tutub.

Təcrübə proqramı tamamilə ödənişsizdir!

Əlaqə: +994 55 522 24 99 (WhatsApp)