SOSİUM

13 Noyabr

Xızının qaz təchizatında müvəqqəti fasilə yaranacaq

SOCAR-ın “Qaz İxrac” İdarəsinin sifarişi əsasında “Xızı” QPS-də nasaz vəziyyətdə olan qızdırıcı qurğunun baypas kranının işlək kranla əvəz edilməsi ilə bağlı 13.11.2023-cü il tarixində saat 10:00-dan 17:00-dək “Xızı” QPS-dən qaz təchizatının dayandırılması planlaşdırılır.

“Azəriqaz” İstehsalat Birliyindən Fins.az-a verilən məlumata görə, təmir işləri aparılan müddətdə Xızı şəhəri daxil olmaqla rayonun 4 kəndinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

 

Günel Məlikzadə
Fins.az