SOSİUM

07 Noyabr

Azərbaycan Mərkəzi Bankında Vətən Müharibəsinin iştirakçılarıyla görüş keçirilib - FOTO

Azərbaycan Mərkəzi Bankında (AMB) 44 günlük Vətən Müharibəsinin iştirakçısı olan 19 nəfər əməkdaşla görüş keçirilib.

Fins.az bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, əvvəlcə şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Sonra AMB-nin sədri Taleh Kazımov çıxış edərək Zəfər Bayramı münasibətilə iştirakçıları təbrik edib, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda Vətən Müharibəsi iştirakçılarının böyük cəsarət və fədakarlıqlarını dilə gətirib.

Bildirdi ki, həmin əməkdaşlar ölkə Prezidentinin müvafiq Sərəncamları ilə medallarla, həmçinin yüksək nəticələr əldə etdiklərinə görə fəxri fərmanlarla təltif olunublar.

Vurğulanıb ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin böyük sərkərdəliyi, Şəhidlərimizin müqəddəs qanı, qazilərimizin misilsiz qəhrəmanlığı, bütövlükdə xalqımızın rəşadətli əzmi ilə başa gələn böyük Zəfər xatirələrdə əbədi yaşayacaq.

Fuad Mədətov
Fins.az