SOSİUM

06 Noyabr

Energetika naziri Sabirabadda vətəndaşları qəbul edəcək

Energetika naziri Pərviz Şahbazov noyabrın 24-də Sabirabad, Şirvan, Hacıqabul, Saatlı və İmişli rayonlarından olan vətəndaşları qəbul edəcək.

Qurumdan Fins.az-a verilən məlumata görə, qəbul saat 11:00-dan başlayaraq Sabirabad şəhərində (ünvan: H.Əliyev pr. 95a) keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün Energetika Nazirliyinin “974” Çağrı Mərkəzi,  598-16-55 “Qaynar Xətt”i, 598-16-53/54 (daxili 1145, 1245, 1146, 1147) telefon nömrələri (əlaqələndirici şəxs: Azər Rzayev), [email protected] elektron poçt ünvanı, eləcə də Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Şirvan filialı (əlaqələndirici şəxs Ceyhun Rzayev, əlaqə telefonu: (050) 225-34-86, elektron poçt ünvanı: [email protected]) və İmişli filialı (əlaqələndirici şəxs İbrahim Şirinov, əlaqə telefonu: (050) 200-36-11, elektron poçt ünvanı: [email protected]) vasitəsilə müraciət edə bilərlər. Həmçinin Energetika Nazirliyinin www.minenergy.gov.az internet səhifəsində yaradılmış “Qəbula yazılmaq“ bölməsi vasitəsilə də qəbul üçün müraciət etmək mümkündür.

 

Günel Məlikzadə
Fins.az