SOSİUM

04 Noyabr

Median (orta) əməkhaqqı 2.5 dəfə artıb

Ötən dövr ərzində bizim aidiyatı qurumlarla birgə həyata keçirdiyimiz həm inzibati, həm stimullaşdırıcı tədbirlər imkan verdi ki, son 5 il ərzində əməkhaqqı fondu 2.7 dəfə artsın, median (orta) əməkhaqqı 2.5 dəfə artsın və bunun nəticəsində toplanan vəsait də artsın.

Fins.az-ın məlumatına görə, bunu Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zaman əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir bildirib ki, bu daimi bir proses olacaq. “Bu gün də Azərbaycanda əməkhaqqı fondu ÜDM-in 20 faizindən aşağıdır. Əgər arzu ediriksə ki, bu kimi parametrlərimiz müsbət rəqəmə çatsın onda Azərbaycanda əməkhaqqı fondu ÜDM-in ən az 28-30 faizinə çatmalıdır. Onda pensiya və sosial sığorta sistemi daha sürətli rəqəmlərlə artacaq”, - deyə nazir bildirib.

Fuad Mədətov
Fins.az