SOSİUM

02 Noyabr

Azərbaycanda BOSCH WTN85423ME quruducu maşını neçəyə satılır? - SİYAHI

Azərbaycanda fəaliyyət göstərən bəzi məişət texnikaları mağazalarında “BOSCH WTN85423ME” quruducu maşını müxtəlif qiymətlərlə satışa çıxarılıb.

Fins.az xəbər verir ki, “BOSCH WTN85423ME” quruducu maşını noyabrın 2-nə təyin olan nağd satış qiymətləri arasında ən ucuz “Maxi.az”, ən baha isə “Kontakt Home” və "Baku Electronic" mağazalar şəbəkəsindən əldə etmək olar.

Adıçəkilən mağazalar arasındakı qiymət fərqi 50,99 manat təşkil edir.

“BOSCH WTN85423ME” quruducu maşını Polşa istehsalıdır. Ümumi xüsusiyyətlərinə görə 8 kq tutuma, 41 kq çəkiyə, o cümlədən enerji sərfiyyatı dərəcəsi isə “B” sinfinə malikdir. Paltaryuyan maşın “uşaq kilidi”, “qızmadan qorunma” və “özünü təmizləyən kondensator” funksiyaları ilə təchiz olunub. Səs səviyyəsi 65 db olan cihazın yükləmə tipi öndəndir.

Mağazalardakı qiymətləri aşağıdakı siyahıda ən ucuzdan bahaya doğru sıralanıb:

1. "Maxi.az" - 1299,00 AZN
2. "Topmart" - 1299,99 AZN
3. "Kontakt Home" - 1349,99 AZN
4. "Baku Electronic" - 1349,99 AZN

Məhəbbət Məmmədov
Fins.az