SOSİUM

01 Noyabr

Azərbaycanda SAMSUNG ME88SUG/BW mikrodalğalı sobası neçəyə satılır? - SİYAHI – FOTO

Azərbaycanda fəaliyyət göstərən bəzi məişət texnikaları mağazalarında “SAMSUNG ME88SUG/BW” mikrodalğalı sobası müxtəlif qiymətlərlə satışa çıxarılıb.

Fins.az xəbər verir ki, “SAMSUNG ME88SUG/BW” mikrodalğalı sobası noyabrın 1-nə təyin olan nağd satış qiymətləri arasında ən ucuz “Baku Electronics” və “Elit Optimal”, ən baha isə “Eurolux” mağazalar şəbəkəsindən əldə etmək olar.

Adıçəkilən mağazalar arasındakı qiymət fərqi 79,01 manat təşkil edir.

“SAMSUNG ME88SUG/BW” mikrodalğalı sobası ümumi xüsusiyyətlərinə görə 1150 Vt gücə, 800 Vt mikrodalğa gücünə, 8 proqram sayına, “Biokeramika” daxili örtüyə malikdir. Mikrodalğalı soba “Taymer”, “Startın təxirə salınması”, “İşıqlandırma”, “Hazırlama prosesin proqramlaşdırılması” və “Avtomatik hazırlanma” funksiyaları ilə təchiz olunub. Cihaz çəkisi 12 kq-dır.

Mağazalardakı qiymətləri aşağıdakı siyahıda ən ucuzdan bahaya doğru sıralanıb:

1. “Baku Electronics” – 199,99 AZN

2. “Elit Optimal” – 199,99 AZN

3. “Music Galery” – 229,90 AZN

4. “Kontakt Home” – 239,99 AZN

5. “Eurolux” – 279,00 AZN

Məhəbbət Məmmədov
Fins.az