SOSİUM

30 Oktyabr

Azərbaycanda Midea MDRT645 soyuducusu neçəyə satılır? - SİYAHI – FOTO

Azərbaycanda fəaliyyət göstərən bəzi məişət texnikaları mağazalarında “Midea MDRT645” soyuducusu müxtəlif qiymətlərlə satışa çıxarılıb.

Fins.az xəbər verir ki, “Midea MDRT645” soyuducusu oktyabrın 18-nə təyin olan nağd satış qiymətləri arasında ən ucuz “Baku Electronics” , ən baha isə “İrşad” mağazalar şəbəkəsindən əldə etmək olar.

Adıçəkilən mağazalar arasındakı qiymət fərqi 240 manat təşkil edir.

“Midea MDRT645” soyuducusu ümumi xüsusiyyətlərinə görə faydalı həcmi 463 litr (soyuducu hissədə 356, dondurucu hissədə 107 litr) təşkil edir. İki qapılı olan soyuducu elektromexaniki idarə etmə funksiyası ilə təchiz olunub. Cihazın çəkisi 71 kq, enerji sərfiyyatı sinifi isə “A-Class”dır.

Mağazalardakı qiymətləri aşağıdakı siyahıda ən ucuzdan bahaya doğru sıralanıb:

1. “Baku Electronics" – 1 219,99 AZN

2. “Eurolux” - 1 299,00 AZN

3. “İrşad” – 1 459,99 AZN

Məhəbbət Məmmədov
Fins.az