SOSİUM

30 Oktyabr

Azərbaycanda pensiya sisteminin dayanıqlığı gücləndiriləcək

Azərbaycanda bütün vətəndaşlar üçün əhatəli sosial müdafiə sistemi qurulacaq.

Fins.az xəbər verir ki, bu barədə 2024-2027-ci illər üzrə iqtisadi və sosial inkişaf konsepsiyasının əsas prioritetlərində deyilir.

Qeyd edilib ki, təqaüdçülər üçün effektiv yığım, aztəminatlı əhali qrupu üçün zəruri ehtiyacların ödənilməsi və əlillər üçün sosial yardımların əlçatanlığı artırılacaq. Pensiya sisteminin dayanıqlığı gücləndiriləcək, sosial sığortanın tətbiqi genişləndiriləcək.

Hamı üçün bərabər iştirak imkanı yaradan sosial təminat və xidmətlər sistemi inkişaf etdiriləcək. Minimum pensiya məbləği minumum əməkhaqqı səviyyəsinin 75-80%-də saxlanılacaq.

Murad Abdullayev
Fins.az