SOSİUM

30 Oktyabr

Azərbaycanda minimum əməkhaqları artırılacaq

Azərbaycanda əməkhaqları artırılacaq və hamı üçün layiqli həyat səviyyəsi təmin ediləcək.

Fins.az xəbər verir ki, bu barədə 2024-2027-ci illər üzrə iqtisadi və sosial inkişaf konsepsiyasının əsas prioritetlərində deyilir.

Qeyd edilib ki, işləyənlərin layiqli həyat səviyyəsini təmin etmək məqsədilə minimum əməkhaqları artırılacaq. Dövlət qulluğu istisna olmaqla, əməyin ödənilməsi sistemləri vahid platformaya gətiriləcək.

Xalis minimum əməkhaqqının xalis orta əməkhaqqına nisbətinin məqbul səviyyəsi qorunacaq.

Murad Abdullayev
Fins.az