SOSİUM

30 Oktyabr

Azərbaycanda gələn il üçün orta aylıq əməkhaqqının məbləği açıqlanıb

Gələn il Azərbaycanda orta aylıq əməkhaqqı göstəricisinin 980 manat olacağı proqnozlaşdırılır.

Fins.az xəbər verir ki, bu barədə “2024-cü ilin dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.

Qeyd edək ki, Azərbaycanda cari ildə də orta aylıq əməkhaqqı göstəricisinin 930 manat təşkil etməsi gözlənilir.

Murad Abdullayev
Fins.az