SOSİUM

27 Oktyabr

Həftəsonu Halloween Party -  QİYMƏTLƏRİ

Bütün həftənin yorunğuluğunu atmaq, yaxşı vaxt keçirtmək üçün hər birimiz müxtəlif əyləncə məkanlarına üz tuturuq.

Fins.az həftəsonunun yaddaqalması və asudə vaxtın maraqlı keçirtmək üçün müxtəlif əyləncə məkanlarında təşkil olunan Halloween party-lərin məkanlarından və xidmətlərindən asılı olaraq qiymətlərinin siyahısını tərtib edib.

1. Flora Hostel Bakı-da möhtəşəm Halloween party-sinə qoşulun! 

Qiymət: 6 - 10 manat

  • Tarix: 29 oktyabr, 2023
  • Saat: 19:00 - 22:00
  • Ünvan: Flora Hostel, Baku
  • Tədbirdə Baş tutacaq
  • Musiqiçilər Kadir Özel Band TuralTuranx DJ Leo
  • Kostum Party
  • Face Art
  • Bədəninizi ürpədəcək qorxunc dekorasiyalar
  • Oyunlar Əyləncələr     

   ​

2. 28 oktyabr saat 17:00-dan 21:00-a kimi Zenit kafe-barında “Halloween Night” adlı möhtəşəm tədbir keçiriləcək.

Sadıqcahanın şou proqramında aparıcılıq edəcəyi bu gecədə sizi inanılmaz əyləncə gözləyir.

Qiymət: 12 - 30 manat

  •  Canlı musiqi
  • Dj şou
  • Zombilərin hücumu
  •  Hədiyyəli yarışlar
  •  Balqabaq bəzədilməsi
  • Ruh çağırılması

VIP biletlərə daxildir:

  • Face Art
  • Welcome Drink                                                                                         

  

3. 29 oktyabr Halloween party Hayal Kahvesi Bakıda!

Qiymət: 20 manat

Axşam sizi şou proqram, maraqlı face art, zombi hücumu, rəqs və DJ şousu, mükafatlı müsabiqələr, fotosessiya, after party və digər fəaliyyətlər gözləyir.  

 

4. Oktyabrın 29-da sizi Electra Events Hall-da ölkənin ən qorxulu Halloween bayramı gözləyir!

Qiymət: 30 - 150 manat

Siz vampirlərin, zombilərin və ruhların əhatəsində unudulmaz vaxt keçirdib, özünüz üçün xatirə olaraq suvenir əldə edib, Cosplay şousunda iştirak edib, həmçinin gecənin Kralı və ya Kraliçası fəxri adını qazana bilərsiniz.

Bu axşam sizinlə ölkənin ən yaxşı DJ-ləri - DJ China və DJ Narosh olacaq, bu da onu göstərir ki, hər kəsi enerjili rəqslər, zəngin şou proqramı və xoş əhval-ruhiyyə gözləyir!

Bu möhtəşəm axşamda bizə qoşulun, gəlin bu şəhəri birlikdə yelləyək! 

Günel Məlikzadə
Fins.az