SOSİUM

29 Oktyabr

Azərbaycanda LG F2V5GG paltaryuyan maşını neçəyə satılır? - SİYAHI – FOTO

Azərbaycanda fəaliyyət göstərən bəzi məişət texnikaları mağazalarında “LG F2V5GG” paltaryuyan maşını müxtəlif qiymətlərlə satışa çıxarılıb.

Fins.az xəbər verir ki, “LG F2V5GG” paltaryuyan maşını oktyabrın 26-na təyin olan nağd satış qiymətləri arasında ən ucuz “Baku Electronic”, ən baha isə “Elit Optimal”"İrşad" mağazalar şəbəkəsindən əldə etmək olar.

Adıçəkilən mağazalar arasındakı qiymət fərqi 410 manat təşkil edir.

“LG F2V5GG” paltaryuyan maşını ümumi xüsusiyyətlərinə görə 8,5 kq tutumu, 63 kq çəkiyə, o cümlədən enerji sərfiyyatı dərəcəsi “A Class” sinfinə malikdir. Paltaryuyan maşın "Display", “uşaq kilidi”, “əlavə yaxalama” və “qurutma” funksiyaları ilə təchiz olunub. Su sərfiyyatı 33 litr olan cihazın enerji sərfiyyatı saatda 1,25 kWt-dır.

Mağazalardakı qiymətləri aşağıdakı siyahıda ən ucuzdan bahaya doğru sıralanıb:

1. "Baku Electronic" - 1149,99 AZN
2. "Kontakt Home” - 1299,99 AZN
3. "İrşad" - 1559,99 AZN
4. "Elit Optimal" - 1559,99 AZN

Məhəbbət Məmmədov
Fins.az