SOSİUM

26 Oktyabr

Azərbaycanda "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" qanun noyabrın 9-dan qüvvəyə minəcək

Azərbaycanda "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" qanun noyabrın 9-dan qüvvəyə minəcək.

Fins.az xəbər verir ki, bunu Bakıda keçirilən "Baku Fintech Forum 2023" tədbirində "Azərbaycan Fintex Assosiasiyası" İctimai Birliyinin sədri Ruslan Talıbov bildirib.

Onun sözlərinə görə, Azərbaycanda bu sahədə atılan ən mütərəqqi addımlardan biri "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" qanunun qəbul edilməsidir və sənəd noyabrın 9-dan qüvvəyə minəcək:

Bundan sonra 6 ay ərzində sektorda şirkətlərin lisenziyalaşdırılması prosesi gedəcək. Qanunda fintex sektorunun inkişafı ilə bağlı bir neçə əhəmiyyətli addım öz əksini tapıb. Bunlardan biri də açıq bankçılıqdır. "Sand box" xüsusi tənzimləmə rejimi qanuna daxil edilib, təşkilatlara fəaliyyətə başladıqdan sonra Azərbaycan Mərkəzi Bankının nəzarəti altında qanunvericilikdə olmayan xidmətləri göstərmək imkanı yaradacaq".

Fuad Mədətov
Fins.az