SOSİUM

24 Oktyabr

Banklararası “Lider” müsabiqəsi keçirilib - FOTO

Dünən Azərbaycan Respublikası Mərkəzi Bankınin təşəbbüsü və Naxçıvan Gənclər Fondunun təşkilati dəstəyilə Naxçıvan şəhərində yerləşən Gənclik Mərkəzində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə regionda fəaliyyət göstərən banklararası “Lider” müsabiqəsi keçirilib.

Fins.az xəbər verir ki, müsabiqənin keçirilməsində məqsəd Azərbaycanın pul təsərrüfatı tarixini əsas götürərək pulun tarixinə işıq salmaqla bank əməkdaşlarının bu istiqamətdə biliklərinin artırılmasına, ölkəmizin keçmişdən günümüzə pul tarixinin öyrənilməsinə töhfə verməkdən ibarət olub.

Müsabiqənin sonunda qalib olan Beynəlxalq Bank ASC-nin Naxçıvan filialının  komandasina hədiyyə və diplomlar təqdim edilib.

Fuad Mədətov
Fins.az