SOSİUM

28 Oktyabr

Azərbaycanda Canon EOS 2000D fotoaparatı neçəyə satılır? - SİYAHI 

Azərbaycanda fəaliyyət göstərən bəzi məişət texnikaları mağazalarında “Canon EOS 2000D” fotoaparatı müxtəlif qiymətlərlə satışa çıxarılıb.

Fins.az xəbər verir ki, “Canon EOS 2000D”nin oktyabrın 24-nə təyin olan nağd satış qiymətləri arasında ən ucuz “Baku Electronics”, ən baha isə “İrşad” mağazalar şəbəkəsindən əldə etmək olar.

Adıçəkilən mağazalar arasındakı qiymət fərqi 180 manat təşkil edir.

“Canon EOS 2000D” fotoaparatı ümumi xüsusiyyətlərinə görə 24,1 MP aktiv pikselə, (auto, 100-6400) İSO həssaslığına və saniyədə 3 kadr çəkmə sürrətinə malikdir. LCD ekran ölçüsü 3 inç olan fotoaparat, “Avtofokus”, “Manual Fokus” və “Video çəkiliş” funksiyası ilə təchiz olunub. Cihazın çəkisi 475 qramdır

Mağazalardakı qiymətləri aşağıdakı siyahıda ən ucuzdan bahaya doğru sıralanıb:

1. “Baku Electronics”–949,99 AZN

2. “Music Galery” – 1099,00 AZN

3. “İrşad” – 1129,99 AZN

Məhəbbət Məmmədov
Fins.az