SOSİUM

13 Oktyabr

Naxçıvanda nağdsız ödənişlər artıb

Son 1 ildə Naxçıvan Muxtar Respublikasında nağdsız ödənişlərdə 3 dəfəyə qədər artım qeydə alınıb.

Fins.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının yerli idarəsinin rəisi Elçin Əliyev bildirib.

“Artımda əsas yeri onlayn alış-veriş tutub. Artıma baxmayaraq, biz nağdsız ödənişlərin genişləndirilməsi ilə bağlı işlər görürük. Bu istiqamətdə əhali ilə maarifləndirici görüşlər təşkil olunur, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ilə birgə stimullaşdırıcı layihələr həyata keçirilir", - deyə o qeyd edib.

Məhəbbət Məmmədov
Fins.az