SOSİUM

01 Oktyabr

İş müsahibəsindən sonra nə etməlisiniz?

Xəyal edin ki, iş elanlarından birinə müraciət etmisiniz, istədiyiniz işə müsahibəyə dəvət aldınız və müsahibəniz çox yaxşı keçdi. Lakin bir müddət keçməsinə baxmayaraq, hələ də şirkətdən sizə zəng gəlməyib. Şirkətlə əlaqə saxlayıb vəziyyəti soruşmaq, yoxsa bir neçə həftə gözləmək yaxşıdır? Yaxud şirkətdən cavabı nə qədər gözləməliyik? Nə etmək qərarına gəlsəniz də, ən əsası stress olmadan cavabı gözləməkdir.

İş müsahibəsindən sonra cavab gəlməsini gözləmək iş müsahibəsi qədər streslidir. Arzuladığınız işə qəbul olmaqdan bir addım uzaqda ola bilərsiniz və nəticəni gözləmək bəzən həftələrlə ola bilər. Bununla belə, bu prosesi öz xeyrinizə çevirə bilərsiniz.

Siz iş müsahibəsindən sonra bəzi addımlar ata bilərsiniz:

Əlaqə məlumatlarını alın

İş müsahibəsindən sonra etməli olduğunuz ilk şey müsahibə etdiyiniz şəxsin əlaqə məlumatlarını əldə etməkdir. Bu böyük əhəmiyyət kəsb edir, çünki sonra müsahibə götürən şəxsin nömrəsi sizə lazım ola bilər. Etməli olduğunuz ikinci şey, əgər sizə bildirilməyibsə işə qəbulun nə vaxt başa çatacağını müsahibə otağından çıxmazdan əvvəl öyrənməkdir. 

İş müsahibəsindən sonra təşəkkür edin

Məlumdur ki, iş müsahibəsindən sonra ilk 24 saat ərzində təşəkkür məktubu göndərən namizədlər insan resursları üzrə ekspertlər tərəfindən daha çox xatırlanır və işləmək istəyi ilə bağlı xoş təəssürat yaradır. Bu səbəblə müsahibə apardığınız mütəxəssisə düzgün, təsirli, yazılı təşəkkür e-poçtu işə qəbulunuz üçün böyük əhəmiyyət kəsb edir. Müsahibə zamanı qeyd olunan mövzularla bağlı hər hansı bir sualınız varsa, bu e-poçt ünvanına göndərə və bir daha işə qəbul olmaq istəyinizi göstərmək şansına sahib ola bilərsiniz.

İzləmədə qalın

İş müsahibəniz istədiyiniz kimi keçmiş ola bilər. Amma bu prosesdə sadəcə çağırılmağı gözləmək indi 10’larla müsahibəyə dəvət olunmuş şəxslərdən biri olaraq heç də doğru deyil. Buna görə də, gözləmək əvəzinə hərəkətə keçin. Əgər vaxt bitibsə, ikinci e-poçt göndərərək görüşün nəticəsini gözlədiyinizi söyləyə və nəzakətli şəkildə işə qəbulda prosesin nə yerdə olduğunu öyrənə bilərsiniz.

İş müsahibəsindən sonra səbirsiz olmayın

İzləmə prosesində bir çox namizədin etdiyi ən çox yayılmış səhvlərdən biri də səbirsizlik və müsahibə götürdükləri mütəxəssisə dəfələrlə zəng edərək və ya e-poçt göndərməklə onu bezdirməkdir. Çox vaxt müsahibə prosesi uzanmış ola bilər. Vaxt keçibsə, özünüzü xatırlatmaq üçün yeni e-poçt göndərə bilərsiniz. Bununla belə, e-poçtunuzda narahat və ya sual doğuran ifadələrdən istifadə etməyin.