SOSİUM

02 Oktyabr

İRİA Beynəlxalq Astronavtika Konqresində

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi 74-cü Beynəlxalq Astronavtika Konqresində öz stendi ilə təmsil olunur. 

Fins.az xəbər verir ki, bu gün Azərkosmos və Beynəlxalq Astronavtika Federasiyasının tərəfdaşlığı ilə 74-cü Bakı Beynəlxalq Astronavtika Konqresi öz işinə başlayıb. 150 şirkətin sərgi pavilyonlarında iştirak etdiyi tədbirdə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi də öz stendi ilə təmsil olunur.

Stenddə ziyarətçilərə Agentliyin rəqəmsallaşma və innovasiya sahəsində gördüyü qabaqcıl işlər, həyata keçirdiyi proqram və layihələrlə bağlı ətraflı məlumat verilir.

Qeyd edək ki, 101 ölkədən 5 mindən çox nümayəndənin qatılacağı Konqresin sərgi pavilyonu Heydər Əliyev Mərkəzinin yaxınlığında yerləşir.
Günel Məlikzadə
Fins.az