SOSİUM

28 Sentyabr

Alimlər bəşəriyyətin yox olacağı tarixi açıqlayıblar

Alimlər insanların, o cümlədən bütün məməlilərin nəsli kəsilə biləcəyi tarixi açıqlayıb.
“Nature Geoscience” jurnalında dərc edilən araşdırmada qitələrin sürüşməsi və atmosfer dəyişiklikləri barədə proqnoz verən kompüter simulyasiyası edilmiş gələcək Yerin tapıntılarına istinad edilib.

Fins.az xəbər verir ki, 250 milyon il ərzində planetimizdəki torpaqlar ekvator boyunca Yerin tropik bölgəsində yerləşən tədqiqatçıların "Pangea Ultima" adlandırdıqları vahid vulkanik superkontinentdə birləşəcək.
Dəyişən mənzərə, artan günəş enerjisi və atmosferdə yüksək karbon qazı konsentrasiyası ilə birlikdə Pangea Ultima-da şəraiti "məməlilərə yaşayış üçün əlverişsiz" edəcəyini proqnozlaşdırıb. Daha parlaq günəşlə birləşən karbon qazının  iqlim böhranına gətirib çıxaracağını ortaya qoyub. Bunun, o cümlədən Yer kürəsində yaşayan məməlilərin insanlar da daxil olmaqla kütləvi məhvinə səbəb olacağı ifadə edilib. Yəni, 250 milyon ilə bəşəriyyət yoxa çıxa bilər.