SOSİUM

18 Sentyabr

Ərdoğan Tesla və SpaceX-in qurucusu İlon Maskı qəbul edib

Birləşmiş Millətlər Təşkilatının (BMT) 78-ci Baş Assambleyasına qatılmaq üçün Nyu Yorka səfər edən Ərdoğan Türkevində görüşlərini davam etdirir.

Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, Prezident Ərdoğan İlon Maskı qəbul edib. Mask qəbula oğlu ilə gəlib.

Xarici işlər naziri Hakan Fidan, sənaye və texnologiya naziri Mehmet Fatih Kaçır, Türkiyə Böyük Millət Məclisinin Sənaye, Ticarət, Enerji, Təbii Sərvətlər, İnformasiya və Texnologiyalar Komissiyasının sədri Mustafa Varank və Prezidentin Rəqəmsal Çevrilmə İdarəsinin sədri Əli Taha Koç da iştirak ediblər. 

Ərdoğan Maskı Teslanın 7-ci fabrikini Türkiyədə qurmağa çağırıb.

Günel Məlikzadə 
Fins.az