SOSİUM

11 Sentyabr

Suya qənaət edin - Bu şəhər və rayonlara ÇAĞIRIŞ

Azərbaycanın Şirvan, Hacıqabul, Saatlı, Sabirabad, Salyan, Neftçala, Biləsuvar şəhərlərinə, magistral su kəmərlərinin marşrutu boyu yerləşən kəndlərində, həmçinin, Bakının Qaradağ və Səbail rayonlarının bir hissəsində yaşayan abonentlərə içməli suyu qənaətlə istifadə etməyi tövsiyə edilir.

Bu barədə Fins.az-a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən bildirilib.

Qeyd edilib ki, sözügedən ərazilərə içməli su məhdudiyyətlərlə verilir:

"Bunun səbəbi son günlər müşahidə olunan intensiv yağıntılar səbəbindən Kür çayında bulanıqlığın həddən artıq yüksək olması nəticəsində Kür Sutəmizləyici Qurğular Kompleksində emal olunan suyun həcminin xeyli azalmasıdır".

Fuad Mədətov
Fins.az