SOSİUM

11 Sentyabr

Yeni süni zəka modeli

“Apple” şirkəti hazırda bir neçə süni zəka modelinin hazırlanması ilə məşğuldur Müəssisə bunu üçün müəyyən olunmuş mütəxəssis qruplarına lazımi şərait yaradıb.

“Apple”in nitq istiqamətində süni zəka modelinin hazırlanması ilə məşğul olan şöbəsi Foundational Models adlanır. Bu şöbəyə 16 yüksək peşəkar mütəxəssis daxildir və onların arasında keçmiş “Google” mühəndisləri də var. Şöbəyə süni zəka şöbəsinin müdiri Con Giannandrea rəhbərlik edir. Süni zəka texnologiyaları üzərində şirkətin digər komandaları da çalışırlar. Məsələn, “Visual Intelligence” adlı şöbə fotoların tərtib edilməsi ilə məşğul olan süni zəka modeli üzərində işləyir. Digər bir komanda isə mətnlərin tanınması və tərtibatı ilə məşğuldur. Xəbərdə həmçinin qeyd olunur ki, “Apple” indi “Ajax GPT” adlı təkmilləşdirilmiş dil modelinə sahibdir.

Bu model özündə 200 milyard parametri birləşdirir və o, “OpenAI” şirkətinin “GPT-3,5” dil modelindən daha güclüdür.