SOSİUM

17 Avqust

Əhalinin nominal gəlirləri artıb

2023-cü ilin yanvar-iyul aylarında ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 14,8 faiz artaraq 44 milyard 558,6 milyon manat və ya hər nəfərə orta hesabla 4 min 393,6 manat olub.

Fins.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, əhalinin sərəncamında qalan gəlirləri 39 milyard 306,9 milyon manat təşkil edib.

Fuad Mədətov
Fins.az