SOSİUM

09 Avqust

Ağırçəkili avtomobillərin müşayiət olunmasına görə xidmət haqqı müəyyənləşib

İriqabaritli və ağırçəkili nəqliyyat vasitəsinin mühafizə və müşayiət avtomobilləri ilə müşayiət olunmasına və hərəkət marşrutunun müəyyən olunmasına görə xidmət haqqı müəyyənləşib.

Fins.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı Nazirlər Kabinetinin Qərarını imzalayıb.

Qərara əsasən iriqabaritli və ağırçəkili nəqliyyat vasitəsinin mühafizə avtomobilləri ilə müşayiət olunması (1 kilometr üçün) 1,49 manat, iriqabaritli və ağırçəkili nəqliyyat vasitəsinin müşayiət avtomobilləri ilə müşayiət olunması (1 kilometr üçün) 1,68 manat, hərəkət marşrutunun müəyyən olunması üçün 30 manat xidmət haqqı təsdiqlənib.