SOSİUM

03 Avqust

“France Presse” agentliyi “Twitter”i məhkəməyə verib

“France Presse” agentliyi müəllif hüquqlarını pozduğuna görə “Twitter”i məhkəməyə verib.

Fins.az xəbər verir ki, “France Presse”in yaydığı kommünikeyə görə, agentlik onun materiallarından istifadə edən “Twitter”dən bunun əvəzini tələb etmək niyyətindədir. Lakin sosial şəbəkə “bununla bağlı müraciətlərə məhəl qoymayıb”.

Agentliyin qeyd etdiyi kimi, əvvəllər Fransa mediası, o cümlədən AFP, materiallarının istifadəsi üçün “Google”dan məhkəmə yolu ilə təzminat alıb. Ancaq kompensasiyanın məbləği açıqlanmır.