SOSİUM

01 Avqust

Birja əməliyyatlarından gəlir əldə edən şəxs neçə faiz vergi ödəməlidir?

Birja əməliyyatlarında, yaxud Azərbaycanda fəaliyyət göstərən bankların həyata keçirdiyi qiymətli kağızlar hərracında alqı-satqı zamanı qazanılan gəlirin vergisi necə hesablanır?

Fins.az xəbər verir ki, Dövlət Vergi Xidmətindən bildirilib ki, birja əməliyyatlarından gəlir əldə edən şəxs vergi orqanlarında uçota alınmaqla VÖEN əldə etməli və əldə edilən gəlirdən Vergi Məcəlləsinin 101.2-ci maddəsinə uyğun olaraq 14 faiz dərəcə ilə gəlir vergisi hesablayaraq növbəti ilin martın 31-dən gec olmayaraq gəlir vergisi bəyannaməsini vergi orqanına təqdim etməklə dövlət büdcəsinə ödəməlidir.

Belə ki, Vergi Məcəlləsinin 99.3.8-ci maddəsinə əsasən, vergiödəyicisinin aktivlərinin ilkin qiymətinin artdığını göstərən hər hansı digər gəlir (təqdim olunduğu təqdirdə) - əməkhaqqından başqa onun qeyri-sahibkarlıq fəaliyyətindən əldə olunan gəliri hesab olunur.