SOSİUM

31 İyul

Qəbələdə vətəndaş qəbulu keçirilib

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin İdarə Heyətinin sədri Nigar Alimova Qəbələ şəhərində Qəbələ, Oğuz və İsmayıllı rayonlarından olan vətəndaşları qəbul edib.

Fins.az xəbər verir ki, daşınmaz əmlakın qeydiyyatı ilə bağlı Qəbələ, Oğuz və İsmayıllı sakinlərinin  qəbulu keçirilib.

Qəbula gələnlər daşınmaz əmlak üzrə mülkiyyət hüquqlarının qeydiyyatı, kadastrı, bələdiyyə torpaqlarının sərhədlərinin dəqiqləşdirilməsi, torpaqların təyinatının dəyişdirilməsi və digər məsələlər barədə müraciət ediblər. Qəbul zamanı bəzi məsələlər həllini tapıb, araşdırma tələb edən müraciətlər baxılması üçün qeydiyyata alınıb, vətəndaşlara qanunvericiliyin tələbləri barədə məlumat və izahatlar verilib.

Qeyd edək ki, vətəndaş qəbulunun digər şəhər və rayonlarda da keçirilməsi nəzərdə tutulur. Bu barədə əvvəlcədən Xidmətin rəsmi saytı (emlak.gov.az) və KİV vasitəsilə məlumat veriləcək.