SOSİUM

27 İyul

Jurnalistlər Hədəf-15 Döş Nişanı-na layiq görülüb - FOTO

Milli-mənəvi dəyərlərin təbliğində, dövlətçilik ideyaların aşılanmasında və gənclərin maariflənməsində xidmətlərinə görə 70 nəfər media nümayəndəsi "Hədəf -15 Döş Nişanı"na layiq görülüb. "Hədəf" Şirkətlər Qrupu idarə heyətinin qərarı ilə təsis edilən döş nişanı elm, təhsil, mədəniyyət kimi sahələrin inkişafında xidmətlərinə görə Azərbaycan ziyalılarına təqdim edilir.

Fins.az xəbər verir ki, Milli Mətbuat Günü münasibəti ilə "Hədəf" Liseyi Abşeron filialında təşkil edilən tədbirin moderatoru, doesnt Elvin Əliyev Ümummilli lider Heydər Əliyev və Müstəqil Azərbaycan Mediası haqqında çıxış etdi. Giriş sözü ilə "Hədəf" Şirkətlər Qrupunun qurucu-direktoru Şəmil Sadiq milli təhsil brendimiz olan "Hədəf" Qrup haqqında geniş məlumat verdi, mətbuatla sıx əlaqələrindən danışdı, mükafatçıları təbrik etdi və "Hədəf"ə gəstərdikləri dost münasibətə görə təşəkkürünü bildirdi.

Tədbirdə mediamızın tanınmış nümayəndələri Ümid Rəhimoğlu, Elçin Mirzəbəyli, Yunus Oğuz, Vuqar Rəhimzadə, Fuad Mədətov, Əkbər Qoşalı, Eltən Qədimbəyli, Çingiz Özgür, Anar Cəbrayıl, Azər Həsrət, Orxan Cabbarlı, Aqil Camal, Ceyhun Musaoğlu, Nadir Azəri, İlham Tumas, Rasim Sadıxov, Elçin Zahiroğlu, Nüşabə Hüseynova, Fira Cəlilova və başqaları iştirak etdi.

Çıxış edənlər "Hədəf" Şirkətlər Qrupunun Azərbaycan təhsilindəki yerindən, qazandığı uğurlardan, təhsilimizi verdiyi töhfələrdən və "Hədəf" Konseptindəki yeniliklərdən danışdılar. Qonaqlar liseyin Zəfər otağını, laboratoriyalarını, tədris otaqlarını gəzib, liseydəki şəraitlə tanış oldular.

Sonda isə Eltən Qədimbəylinin moderatorluğu ilə oxatma təlimi keçirildi.