SOSİUM

27 İyul

"Mətbuatın Dostu" Müstəqil Milli Mükafatının təltifetmə mərasimi keçirilib - FOTO

İyulun 24-də 22 İyul Milli Mətbuatın 148 illiyi münasibətiylə "Altun saray"da "Mətbuat firması"nın təsis etdiyi "Mətbuatın Dostu" Müstəqil Milli Mükafatının təltifetmə mərasimi keçirilib.

Fins.az xəbər verir ki, tədbirdə 50-yə yaxın jurnalistə diplom və hədiyyələr təqdim olunub. Uzun illər peşəkar jurnalist kimi fəaliyyət göstərən Etibar Babayev, Telli Pənahqızı, Natavan Arifqızı, Alidə Mustafayeva, Afət Rahilqızı, Fuad Mədətov, Lamiyə Balacayeva, Elton Hacıyev, Tünzalə İsmayılova, Aytən Əliyeva,  Aytəkin Mərdanova, Nübar Ələkbərov, Anar Orucov, Famil Məcidli, Qurban Vidadioğlu, Fidan Orucəliyeva və başqalarına diplom və hədiyyələr təqdim olunub.

Tədbirin sponsoru "Harika" un məmulatı və qazlı içkilərindən jurnalistlərə xüsusi hədiyyələr verilib. Tədbirin təşkilat dəstəkçisi "Altun saray" və "İydə" parfum olub.

Tədbir tanınmış aparıcılar Sədaqət Rəşidqızı və Zabir Əliyevin təqdimatında keçirilib.