SOSİUM

19 İyul

Bakıda "Satış yoxsa Marketinq?" adlı tədbir keçiriləcək

 Bakı Gənclər Mərkəzində "Satış yoxsa Marketinq?" adlı tədbir keçiriləcək.

Bu barədə Fins.az-a danışan təşkilatçılar bildiriblər ki, tədbir 23 iyul saat 15:00-da baş tutacaq.

Tədbir zamanı satış və marketinqlə bağlı yeni məlumatlar, trendlər, real və təcrübəyə əsaslanan bilgilər əldə edə biləcəksiniz. Sizi düşündürən sualları birbaşa qonaqlara ünvanlama və cavab almaq imkanı qazanacaqsınız. Həmçinin, yeni insanlar tanıyıb, "networking" bacarıqlarınızı inkişaf etdirə bilərsiniz.