SOSİUM

16 İyul

Bakıda Azərbaycan Təlim və İnkişaf Mərkəzi tərəfindən Beynəlxalq Sertifikatlı İSO 9001:2015  "Keyfiyyətli İdarəetmə Sistemi" seminarı keçiriləcək

Bakıda Azərbaycan Təlim və İnkişaf Mərkəzi tərəfindən Beynəlxalq Sertifikatlı İSO 9001:2015  "Keyfiyyətli İdarəetmə Sistemi" 15 moduldan ibarət olmaqla seminar keçiriləcək.

Bu barədə Fins.az-a danışan təşkilatçılar bildiriblər ki, seminar 16 iyul saat 12:00-17:00 saat aralığında baş tutacaq.

8 illik təcrübəsi olan təlimçi Elnar Alıyev tərəfindən həyata keçiriləcək seminar zamanı keyfiyyət anlayışı, İSO haqqında məlumat, standartların növləri, proses yanaşma, risklərin idarə olunması, İSO 9001:2015 tələblər, PDCA tsikli və SWAT analizi kimi mövzulara toxunulacaq.

Qeyd edək ki, Beynəlxalq standartlaşdırma qurumu olan İSO-da ağlınıza gələcək və gəlməyəcək hər məhsul üçün standartlar müəyyən olunur. Digər standartlardan fərqli olaraq burada sadəcə məhsul və xidmətlərin özünə yox onların idarəedilməsinə də standart tədbiq edilir. Son dönəmlərdə ölkəmizdə populyarlıq qazanmasına baxmayaraq inkişaf etmiş ölkələrdə ikinci dünya müharibəsindən sonra geniş istifadə olunur. İso bir məcburiyyət deyil, amma bir fərqlənmədir. Sizin rəqiblərinizdən daha perspektivli, təkmilləşən, dəyər verən biri qurum olduğunuzun göstərir.