SOSİUM

13 İyul

Bakıda "İstedadların idarə edilməsi" ustad sinfi keçiriləcək

İyulun 23-də "İstedadların idarə edilməsi (“Talent management”) ustad sinfi təşkil olunacaq.

Fins.az xəbər verir ki, təlimçi Ceyhun Nağıyevin təqdimatında keçiriləcək tədbirdə istedadların idarə edilməsində müasir yanaşmalar, rəhbərlik və sistem amili, istedad və təcrübə, istedadların idarə edilməsinin təşkilatı inkişafa təsiri kimi mövzulara toxunulacaq.

Təlimçi Ceyhun Nağıyev "Azərbaycan Dəmir Yolları"-İnsan resursları direktorudur. Həmiçin, İnsan resursları üzrə konsultantdır.

Qeyd edək ki, ustad sinfi iyulun 23-ü saat 10.00 -13.00- qədər "Excelsior" hoteldə baş tutacaqdır.