SOSİUM

12 İyul

Bakıda "Əmək Haqqı Hesablanması" üzrə ustad dərsi təşkil oluncaq

"The Secret Business Academy" İnsan Resursları və Mühasib sahəsində fəaliyyət göstərən hər kəsi ustad dərsinə dəvət edir.

Bu barədə Fins.az-a danışan təşkilatçılar bildiriblər ki, bu gün saat 19:00-da "Jalə Plaza"da təşkil olunacaq ustad dərsi ödənişsiz həyata keçiriləcək.

Tədbir biliklərini daha da təkmilləşdirmək və karyerasını bu istiqamətdə qurmaq istəyənlər üçün nəzərdə tutulub.

Tədbirin təlimçisi bu sahə üzrə 5 illik təcrübəyə malik olan Aqil Ağayevdir və o, “Amazon Consulting” şirkətinin təsisçi və direktorudur. A. Ağayev həmçinin, "Gilan Holdinq", "Veysəloğlu" MMC kimi şirkətlərdə çalışmışdır. Hal-hazırda Azərbaycan Dəmiryolları QSC Əmək Haqqı Şöbəsi Analitiki (hesablanmış əmək haqqlarının yoxlanılması) vəzifəsində fəaliyyət göstərir.