SOSİUM

01 İyun

PAŞA Bank: Uşaqlar üçün xoşbəxt və təhlükəsiz gələcəyi təmin etmək hər birimizin məsuliyyətidir

Uşaqlar üçün xoşbəxt və təhlükəsiz gələcəyi təmin etmək hər birimizin məsuliyyətidir.

Fins.az xəbər verir ki, 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində Gəncə uşaq evini ziyarət etdik. Bu dəfə balacaları həm hədiyyələr və əyləncə proqramı ilə sevindirdik, həm də onlar üçün maraqlı təlim sessiyalarını təşkil etdik.

“Stop uqroza” beynəlxalq təhlükəsizlik məktəbi tərəfindən hazırlanan təlimlər çərçivəsində uşaqlara müasir dövrdə üzləşə biləcəkləri bir sıra təhlükələr barədə məlumat verildi.

Balaca dostlarımız üçün şən və maraqlı bir gün təşkil etməkdə bizə dəstək olan "GİD CSR Consulting" şirkətinə təşəkkürümüzü bildiririk.

VİDEONU İZLƏ