SOSİUM

24 May

Dünyanın ən varlı adamı sərvətindən 11 milyard dollar itirib

Louis Vuitton, Moet Chandon Champagne və Christian Dior kimi markaların daxil olduğu Moët Hennessy Louis Vuitton (LVMH) qurucusu qazanclarının bir hissəsini geri verdi. LVMH səhmləri 5 % ucuzlaşıb.

Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, dünyanın ən zəngin adamı Bernar Arno səhmlərinin çökməsindən sonra 11 milyard dollar itirib.

Fransız milyarderin sərvəti hələ də 191,6 milyard dollardır. Bu il indiyədək 29,5 milyard dollar əlavə edib.

Arno ilə dünyanın ikinci ən varlı adamı olan İlon Mask arasındakı fərq cəmi 11,4 milyard dollara qədər azaldı.

Zəminə Hüseyn
Fins.az