SOSİUM

10 May

Mərkəzi Bankda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib - FOTO

Bu gün Mərkəzi Bankın kollektivinin iştirakı ilə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Fins.az xəbər verir ki, öncə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Şuşa şəhərindən xalqa müraciəti izlənilib.

Sonra tədbir iştirakçılarına Mərkəzi Bankın sifarişi ilə hazırlanmış “Heydər Əliyev – Vətənə, xalqa həsr edilən ömür” adlı film, həmçinin Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş pul nişanları barədə video təqdim olundu.

Tədbirdən sonra Mərkəzi Bankın rəhbərliyi Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin və akademik Zərifə Əliyevanın məzarlarını ziyarət etdilər.