SOSİUM

05 May

İstiotla xoşbəxt ol!

“Faydalı” marketdən qədim zamanlardan bugünədək müalicəvi vasitə kimi istifadə olunan istiotu əldə edə bilərsiniz.

Fins.az xəbər verir ki, qədimdə istiot ishalın, dəri xəstəliklərinin, impotensiyanın müalicəsində istifadə olunub.

Qara istiotun müxtəlif faydalı xüsusiyyətləri var:

- həzm prosesləri yaxşılaşdırır və stimullaşdırır, iştahanı artırır
- qidada olan faydalı maddələrin (ilk növbədə aminturşuların) mənimsənilməsini yaxşılaşdırır
- qıcqırma və köplə mübarizə aparır
- qan dövranını yaxşılaşdırır, qanı duruldur, tromblaşmanın qarşısını alır
- nəfəsalma orqanları selikdən təmizləyir
- maddələr mübadiləsi proseslərinə müsbət təsir edir, onları sürətləndirir
- piylənmənin qarşısını alır, arıqlamağa kömək edir
- bağırsaqlara antiseptik təsir edir
- bağırsaqları toksinlərdən, şlaklardan təmizləyir
- qurdqovucu təsirə malikdir
- orqanizmə iltihabəleyhinə təsir edir
- xoşbəxtlik hormonlarının (endorfin və serotonin) ifrazını aktivləşdirir
- şişəleyhinə təsirə malikdir.

“Faydalı” market Bakı şəhəri, Badamdar qəsəbəsi, E.Nəzərov küçəsi 9 (“Endi” marketin yanı) ünvanında yerləşir.

Tel.: (+994 55) 644 97 45