SOSİUM

26 Aprel

Bülbülə gölünün ətrafında bulvar salınır

Paytaxt Bakıda Bülbülə gölünün ətrafı zibil və qamışlardan təmizlənib.

Fins.az xəbər verir ki, Bakı Abadlıq Xidmətinin məlumatına görə, əvvəl gölün ətrafını zibilləyirdilər. Hazırda gölə və gölün ətrafına müdaxilə olunmasın deyə ərazidə mühafizə xidmət göstərir.

"Bülbülə gölünün ətrafında yaşıl istirahət zonasının salınması nəzərdə tutulub. Müəyyən işlər tam başa çatandan sonra Bülbülə gölünün ətrafında salınacaq bulvarın layihəsi təqdim olunacaq. Təsdiq olunarsa, gölün ətrafında kafelər, gəzinti, velosiped, skuterlər üçün yol salınması planlaşdırılır", - deyə qurumdan qeyd edilib.

Qeyd edək ki, göl Abşeron yarımadasının mərkəzində, Suraxanı rayonunun Bülbülə qəsəbəsində yerləşir.