SOSİUM

19 Aprel

Supermarketlər arasında şirniyyat məhsullarına ən çox 6% endirim olunub – SİYAHI

Azərbaycanda supermarketlər ay ərzində müvafiq endirimlər tətbiq edirlər. Bu həftə 3 supermarketlərdə şirniyyat məhsullarına müəyyən endirimlər olunub.

Fins.az xəbər verir ki, supermarketlər tətbiq edilən endirimlərin qiymətlərini açıqlasalar da, qiymətlər arasında ortalama faiz hesabı göstərilməyib.

Belə ki, ortalama faiz hesabıyla ən çox endirim “Rahat” (6%), az isə “Neptun” (0.2%) supermarketlər şəbəkəsində olub. “Oba” supermarketlər şəbəkəsi isə nə çox-nə az 5.6%-lə endirim edib.

Supermarketlərdəki endirimlər ortalama faiz hesabıyla aşağıdakı siyahıda ən çoxdan aza doğru sıralanıb:

“Rahat” – 6%
“Oba” – 5.6%
“Neptun” – 0.2%

Fuad Mədətov
Sirac Qayıbov
Fins.az