SOSİUM

07 Aprel

Azərbaycanda “LG F2J3HS” paltaryuyan maşını neçəyə satılır? - SİYAHI - FOTO

Azərbaycanda fəaliyyət göstərən bəzi məişət texnikaları mağazalarında “LG F2J3HS” paltaryuyan maşını müxtəlif qiymətlərlə satışa çıxarılıb.

Fins.az xəbər verir ki, “LG F2J3HS” paltaryuyan maşını aprelin 7-nə təyin olan nəğd satış qiymətləri arasında ucuz “Eurolux” şirkətindən, baha isə “İrşad Electronics” mağazalar şəbəkəsindən əldə etmək olar.

Çin istehsalı olan “LG F2J3HS” paltaryuyan maşınının ümumi xüsusiyyətlərinə görə 7 kq tutumu, 59 kq çəkisi və 56 litr su sərfiyyatıyla təchiz olunub. Enerji sərfiyyatı “A class” sinfinə aid olan paltaryuyan maşının qurutma sürəti dəqiqəyə 1200 dövr və başqa üstünlüklərə malikdir.

Mağazalardakı qiymətləri aşağıdakı siyahıda ən ucuzdan bahaya doğru sıralanıb:

“Eurolux”
Nəğd: Qiymət: 969 AZN

“Baku Electronics”
Nəğd: Qiymət: 1099.99 AZN

“İrşad Electronics”
(Ağ rəng)
Nəğd: Qiymət: 1099.99 AZN

(Gümüşü rəng – eyni xüsusiyyətlər)
Nəğd: Qiymət: 1149.99 AZN

Fuad Mədətov
Fins.az