Azərbaycanda supermarketlər həftə ərzində müvafiq endirimlər tətbiq edirlər. Bu həftə bəzi supermarketlərdə un və un məmulatlarına müəyyən endirimlər olub.
Fins.az xəbər verir ki, supermarketlər tətbiq edilən endirimlərin qiymətlərini açıqlasalar da, qiymətlər arasında ortalama faiz hesabı göstərilməyib.
Belə ki, ortalama faiz hesabıyla ən çox endirim “Araz” (7.7%), az isə “Neptun” supermarketlər şəbəkəsi olub. “Rahat” supermarketlər şəbəkəsində isə ortalama faiz hesabıyla heç bir endirim olmayıb.
Supermarketlərdəki endirimlər ortalama faiz hesabıyla aşağıdakı siyahıda və cədvəldə ən çoxdan aza doğru sıralanıb:
1. “Araz” – 7.7%
2. “Bravo” – 3%
3. “Oba” – 2%
4. “Bazar Store” – 1.2%
5. “Neptun” – 0.7%
6. “Rahat” – 0% (endirim olmayıb)
Fuad Mədətov
Sirac Qayıbov
Fins.az