SOSİUM

28 Mart

Azərbaycanda hava necə olacaq? - PROQNOZ

Martın 29-na gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətinin Fins.az-a verilən məlumata görə, Bakıda və  Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər və axşam yarımadanın bəzi yerlərində arabir duman olacaq. Mülayim cənub küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 7-12° isti, gündüz  18-23°  isti olacaq. Atmosfer təzyiqi  757 mm civə sütunundan 757 mm civə sütununa enəcək. Nisbi rütubət  60-70 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz. Lakin gecəyə doğru bəzi dağlıq ərazilərdə arabir yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 6-11° isti, gündüz 23-28° isti, dağlarda gecə 1-6° isti, gündüz  12-17° isti olacaq.