SOSİUM

15 Mart

"Heydər Əliyev İli" çərçivəsində bank-maliyyə sisteminin nümayəndələrinin iştirakı ilə tədbir keçirilir

Hazırda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətiylə Mərkəzi Bankın, Ekologiya və Təbii Sərvətlət Nazirliyinin, Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Sığortaçılar Assosasiyası, “Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyası” İctimai Birliyi, Azərbaycan Mikromaliyyə Assosiasiyasının və Azərbaycan Fintex Assosiasiyasının tərəfindən təşkil olunan tədbir keçirlir.

Fins.az-ın məlumatına görə, bank-maliyyə sisteminin nümayəndələrinin iştirakı ilə Müşviqabad qəsəbəsində yerləşən ərazidə keçirilən ağacəkmə kampaniyasında MB, ETSN, ABA, ASA, AFBİA, AMFA və AZFİNA-nın rəhbər heyətindən nümayəndələri iştirak edirlər.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli Sərəncamına əsasən 2023-cü ilin "Heydər Əliyev İli" elan olunub. Bu məqsədlə Azərbaycanda dövlət qurumları, QHT-lər və digər təşkilatlar silsilə xarakterli müxtəlif səpkili tədbirlər keçirirlər.

Fuad Mədətov
Fins.az