SOSİUM

14 Mart

"YAŞAT" Fondu ağır yaralanan qaziyə dəstək oldu

"YAŞAT" Fondu tərəfindən dəstək tədbirləri davam etdirilir.

Fins.az xəbər verir ki, ağır yaralanan qazimiz Elnur Xəlilovun "YAŞAT" Fondu tərəfindən müalicə xərcləri və borc öhdəlikləri qarşılanıb, məişət şəraiti yaxşılaşdırılıb.

Qeyd edək ki, fondun hesabatları və xərclənən vəsaitlərlə bağlı ətraflı məlumatı yashat.gov.az rəsmi internet saytının “Hesabatlar” (//yashat.gov.az/report/tableau) bölməsindən əldə edə bilərsiniz.