SOSİUM

14 Mart

"Heydər Əliyev İli" çərçivəsində bank-maliyyə sisteminin nümayəndələrinin iştirakı ilə tədbir keçiriləcək

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətiylə Mərkəzi Bankın, Ekologiya və Təbii Sərvətlət Nazirliyinin, Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Sığortaçılar Assosasiyası, “Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyası” İctimai Birliyi, Azərbaycan Mikromaliyyə Assosiasiyasının və Azərbaycan Fintex Assosiasiyasının tərəfindən təşkil olunan tədbir keçirləcək.

Fins.az-ın məlumatına görə, martın 15-də bank-maliyyə sisteminin nümayəndələrinin iştirakı ilə Müşviqabad qəsəbəsində yerləşən ərazidə keçiriləcək ağacəkmə kampaniyasında MB, ETSN, ABA, ASA, AFBİA, AMFA və AZFİNA-nın rəhbər heyətindən nümayəndələri iştirak edəcəklər.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli Sərəncamına əsasən 2023-cü ilin "Heydər Əliyev İli" elan olunub. Bu məqsədlə Azərbaycanda dövlət qurumları, QHT-lər və digər təşkilatlar silsilə xarakterli müxtəlif səpkili tədbirlər keçirirlər.

Fuad Mədətov
Fins.az